Volodimir Zelenski – Ukrayna və müharibənin ədalətli bitməsini istəyən hər kəs üçün qarşıdakı həftələrdə və aylarda həyata keçirilə biləcək qərarlar var
Ukrayna və müharibənin ədalətli bitməsini istəyən hər kəs üçün qarşıdakı həftələrdə və aylarda həyata keçirilə biləcək qərarlar var. – Bu barədə Ukrayna prezidenti Vladimir Zelenski bildirib.
“İndi biz kifayət qədər aktiv işə hazırlaşırıq. Dekabrda danışıqlar və görüşlər planlaşdırılır. Bu həftələrdə və aylarda ümumi təhlükəsizliyimiz üçün – Ukrayna naminə və bu müharibənin mümkün qədər tez və ən əsası ədalətli şəkildə bitməsini həqiqətən istəyən hər kəs üçün qəbul edilə bilən qərarlar var”. – deyə Zelenski gündəlik müraciətində bildirib.
Ukrayna prezidenti bu qərarların nə demək olduğunu açıqlamayıb.
Bundan əlavə, Vladimir Zelenski videomüraciətində qeyd edib ki, o, Ukraynanın Ali Baş Komandanı Aleksandr Sirskinin cəbhə xəttindəki vəziyyət və Kursk vilayətində davam edən əməliyyatla bağlı bəyanatını dinləyib.