Volodimir Zelenski - Ukrayna və Gürcüstan torpaqlarının işğaldan azad edilməsi, rus işğalçılarının cəzalandırılması, dəymiş ziyanın ödənilməsi Avropaya və bütün dünyaya sülh və sabitlik gətirəcək
Volodimir Zelenski - Ukrayna və Gürcüstan torpaqlarının işğaldan azad edilməsi, rus işğalçılarının cəzalandırılması, dəymiş ziyanın ödənilməsi Avropaya və bütün dünyaya sülh və sabitlik gətirəcək

 
Biz gürcü xalqı ilə həmrəy olduğumuzu, bu ölkənin suverenliyi və ərazi bütövlüyünü qəti şəkildə dəstəklədiyimizi bildiririk-bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski sosial şəbəkədə yazır.

“Rusiyanın Gürcüstana silahlı təcavüzünün 15-ci ildönümündə biz gürcü xalqı ilə həmrəy olduğumuzu və bu ölkənin suverenliyi və ərazi bütövlüyünü qəti şəkildə dəstəklədiyimizi bildiririk. Yalnız Ukrayna və Gürcüstan torpaqlarının tam şəkildə işğaldan azad edilməsi, rus işğalçılarının cəzalandırılması və onların bizə vurduğu ziyanın ödənilməsi Avropaya və bütün dünyaya sülh və sabitlik gətirəcək” – Volodimir Zelenski yazır.