Volodimir Zelenski – Ukrayna ilk dəfə özünün taktiki ballistik raketindən istifadə edib
Ukrayna Prezidenti Volodimir Zelenski ölkəsinin ilk dəfə öz istehsalı olan taktiki ballistik raketindən istifadə etdiyini bildirir. Zelenski sosial şəbəkədə bununla bağlı müvafiq video da paylaşıb.
“Ukrayna taktiki ballistik raketi. FP-7. İlk döyüş istifadəsi. Nəticəyə görə təşəkkür edirəm”, – deyə Ukrayna Prezidenti yazır.
Zelenskinin sözlərinə görə, növbəti addım bu raketlərin istehsalı olacaq. Ukrayna Prezidenti əlavə təfərrüatları açıqlamayıb.
Məlumat üçün bildirək ki, FP-7 Ukrayna şirkəti “Fire Point” tərəfindən hazırlanıb. Raket saniyədə 1500 metrə qədər sürət yığa bilir.