Volodimir Zelenski - Ukrayna Qərbli tərəfdaşlarından "səmanın təmizlənməsini" və ya təyyarə və hava hücumundan müdafiə sistemlərinin tədarükünü gözləyir
Ukrayna Qərbli tərəfdaşlarından “səmanın təmizlənməsini” və ya təyyarə və hava hücumundan müdafiə sistemlərinin tədarükünü gözləyir. Bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski yeni videomüraciətində bildirib.
Zelenskinin sözlərinə görə, düşmən artıq yorulub və ruhdan düşüb. O, həmçinin beynəlxalq ictimaiyyəti Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etməyə, həm ölkəyə məhsul idxalını, həm də Rusiya məhsullarının, o cümlədən neftin ixracını boykot etməyə çağırıb.
“Ukrayna səmasını təhlükəsiz etməniz üçün daha neçə nəfər öldürülməlidir? Xarkov və Nikolaevdə yaşayan dinc insanlar Hamburq və Vyanada yaşayanlardan nə ilə fərqlənir? Qərarı səbirsizliklə gözləyirik – səmanı təmizləyin və ya sahib olduğunuz güc, bizə lazım olan gücü verəcək döyüş təyyarələrinizi və hava hücumundan müdafiə vasitələrinizi verin. İnsanlığın tezliklə qalib gələcəyini sübut etmək üçün bu köməkdir, dünya təkcə Ukraynaya deyil, həm də özünə kömək etməlidi ” -deyə Zelenski bildirib.