Volodimir Zelenski Tbilisidə, Rustaveli prospektinə toplaşan aksiya iştirakçılarına müraciət edib
Biz heç vaxt təslim olmayacağıq, çünki Abxaziya və Cənubi Osetiya sizin torpağınız olduğu kimi, Donbas və Krım bizim torpağımızdır. Əgər kimsə bunu unutmaq istəsə, kimsə bunu silmək istəsə, mütləq xatırladacağıq, biz sizinlə olacağıq-bu barədə Ukrayna prezidenti Volodimir Zelenski bildirib.
Volodimir Zelenski Tbilisidə, Rustaveli prospektinə toplaşan aksiya iştirakçılarına müraciət edib.
Zelenskinin də qeyd etdiyi kimi, dünən Ukrayna Aİ üzvlüyünə namizəd ölkə statusu alıb və Gürcüstan da eyni yoldadır.
“Bu gün hamının məni başa düşməsini istəyirəm. Biz azad insanlarıq və azad ölkələrik və bu əbədidir. Bizim döyüşçülərlə birlikdə ruslara qarşı vuruşan gürcü övladlarına minnətdaram. Onların uğuru bizim ümumi uğurumuzdur. Onların yarası bizim yaramızdır və bizim qələbəmiz onların hər birinin, eləcə də sizin hər birinizin qələbəsi olacaq. Biz heç vaxt təslim olmayacağıq, çünki Abxaziya və Cənubi Osetiya sizin torpağınız olduğu kimi, Donbas və Krım bizim torpağımızdır. Əgər kimsə bunu unutmaq istəsə, kimsə bunu silmək istəsə, mütləq xatırladacağıq, biz sizinlə olacağıq.
Dünən Ukrayna Aİ üzvlüyünə namizəd ölkə statusu aldı, siz bu yoldasınız. Yolu qət edin- biz sizə kömək edəcəyik! Ukrayna və Gürcüstan daima birlikdə! Gürcüstana eşq olsun , Ukraynaya eşq olsun. Düzdür, mənim gürcü dilim ideal deyil, lakin sizə yönəlik hisslərim səmimidir. Sizə uğurlar arzulayıram ! Ukraynaya eşq olsun”-deyə Zelenski bildirib.