Volodimir Zelenski Salome Zurabişviliyə məktubla müraciət edir- ölkənizə səmimi təşəkkürümü və "Krım Platforması"nın ikinci sammitində iştiraka görə sizə şəxsi təşəkkürümü bildirmək istəyirəm
Gürcüstanda Ukrayna işləri üzrə müvəqqəti nümayəndə Andrey Kasyanov Tbilisidə keçirilən “Ukraynaya şöhrət” beynəlxalq konfransında Ukrayna prezidenti Volodimir Zelenskinin məktubunu oxuyub.
Zelenskinin məktubda qeyd etdiyi üzrə, o, Gürcüstana minnətdarlığını bildirir və şəxsən Gürcüstan prezidenti Salome Zurabişviliyə “Krım Platforması”nın ikinci sammitində iştirakına görə təşəkkür edir.
Zelenski bildirir ki, bu sammit Ukraynanı və beynəlxalq asayişi Rusiyanın təcavüzündən qorumaqda dünya demokratiyalarının birliyini, gücünü və qətiliyini nümayiş etdirdi.
“Ölkənizə səmimi təşəkkürümü və “Krım Platforması”nın ikinci sammitində iştiraka görə xanım Prezident, sizə şəxsi təşəkkürümü bildirmək istəyirəm. Bu sammit Ukraynanı və beynəlxalq asayişi Rusiyanın təcavüzündən qorumaqda dünya demokratiyalarının birliyini, gücünü və qətiliyini nümayiş etdirdi. Bu sammitin iştirakçılarının Rusiyanın Krım yarımadasının müvəqqəti işğalını qəbul etməyəcəklərini və Ukraynanın suveren ərazisinin ilhaqını heç vaxt tanımayacaqlarını açıq şəkildə bəyan etmələri olduqca vacibdir. Sammitdə həmçinin Ukrayna xalqının 2014-cü ildə Krımın ələ keçirilməsi ilə başlayan Rusiya təcavüzündən özünü müdafiə etmək üçün qanuni hüququ və Ukrayna xalqının Krım yarımadası da daxil olmaqla, beynəlxalq səviyyədə tanınmış sərhədlər daxilində Ukraynanın bütün ərazisini azad etmək hüququ təsdiqlənib.
Mən ölkənizin Ukraynaya göstərdiyi sarsılmaz və qəti dəstəyə görə çox minnətdaram, bu, bizi qələbəyə yaxınlaşdırdığı üçün əvəzsizdir. Biz əlimizdən gələni etməliyik ki, ölkəmizi tezliklə işğalçılardan azad edək, təcavüzkar və cinayətkar müharibəyə görə məsuliyyət daşıyanları məsuliyyətə cəlb edək. “Krım platforması” çərçivəsində əməkdaşlığımızın davamını səbirsizliklə gözləyirəm. Konkret olaraq, ölkənizin aşağıdakı tədbirlərdə – Krım Platformasının ilk parlament sammitində və Qara Dəniz Təhlükəsizlik Sammitində iştirakını gözləyirik. Mən qəti şəkildə inanıram ki, biz birgə səylərlə təcavüzkarı məğlub edəcəyik” – deyə Volodimir Zelenskinin məktubunda deyilir.