Volodimir Zelenski - Rusiya Ukrayna xalqına qarşı terror edir, buna kimlərin göz yumduğunu, Rusiyanın hərbi cinayətlərini görmək istəməyənlərin kim olduğunu bilirik
Volodimir Zelenski - Rusiya Ukrayna xalqına qarşı terror edir, buna kimlərin göz yumduğunu, Rusiyanın hərbi cinayətlərini görmək istəməyənlərin kim olduğunu bilirik

 

Rusiya Ukrayna torpaqlarında terror həyata keçirir. Ən ağır döyüşlərin getdiyi Mariupolda 100 minə yaxın insan ərzaqsız qalıb, bəziləri isə şüurlu şəkildə Ukraynada hazırda baş verənləri vecinə almır, çünki reallığa məhəl qoymamağa və rus pulundan əl çəkməməyə üstünlük verirlər – deyə Ukrayna prezidenti Volodimir Zelenski Fransa parlamentinə bu sözlərlə müraciət edib.

O, fransız qanunvericilərə müharibəni bitirməyin açarının qismən tərəfdaşların əlində olduğunu deyib, çünki Rusiyaya qarşı daha çox təzyiq edilməlidir.

” İndi Mariupolda və Ukraynanın digər şəhərlərində nə baş verdiyini bilirsinizmi? Ruslar xəstəxanaları, yaşayış binalarını, doğum edən qadınların və yeni doğulmuş körpələrin qaldığı doğum evlərini bombaladılar. Xəstəxanada aşağı ətrafları amputasiya edilmiş bir qadın var idi, körpəsi doğulmadan öldü. Bu qadın da az sonra vəfat etdi və ölməzdən əvvəl həkimə dedi ki, əgər uşağım sağ deyilsə, mənim həyatımın nə mənası var. Rusiya Ukrayna xalqına qarşı belə terror edir və biz bu cinayətə kimin göz yumduğunu və Rusiyanın müharibə cinayətini görmək istəməyənlərin kim olduğunu bilirik” – deyə Zelenski Fransa parlamentində bildirib.