Volodimir Zelenski - Rus hərbçiləri yalnız o məqsədlə əsir götürürük ki, onları öz hərbçilərimizlə dəyişək, ərazilərə münasibət də eynidir, bizə onların torpağı lazım deyil
Volodimir Zelenski - Rus hərbçiləri yalnız o məqsədlə əsir götürürük ki, onları öz hərbçilərimizlə dəyişək, ərazilərə münasibət də eynidir, bizə onların torpağı lazım deyil

 
Ukraynanın Prezidenti Volodimir Zelenski Kurskda davam edən əməliyyatdan danışarkən, Ukraynanın bir ərazini digərinə dəyişməyəcəyini bildirib.

Ukrayna mediasının məlumatına əsasən, bu haqda o, “NBC News”a müsahibəsində bildirib.

“Bizə Rusiyanın ərazisi lazım deyil. Mən bunu hər zaman deyirdim. Bizim əməliyyatlarımız ərazi bütövlüyümüzün bərpasına yönəlib. Bizə onların xalqı, vətəndaşları lazım deyil. Onların hərbçilərini yalnız o məqsədlə əsir götürürük ki, onları öz hərbçilərimizlə dəyişək. Ərazilərə münasibət də eynidir. Bizə onların torpağı lazım deyil. Orada Ukrayna həyatımızı tətbiq etmək istəmirik. Bunu ona görə deyirəm ki, mən beynəlxalq hüququn nə olduğunu başa düşürəm və bu və ya digər dövlətin suverenliyinə hörmətin nə olduğunu başa düşürəm” – Zelenski bildirib.

Zelenski, Ukraynanın zəbt etdiyi Rusiya ərazisini lazım olduğu qədər saxlayacağını bildirib.

O qeyd edib ki, Kursk əməliyyatı ABŞ Prezidenti ilə bölüşəcəyi Ukraynanın qələbəsi üçün daha böyük planın bir hissəsidir.

Zelenskinin eyni müsahibəsində dediyi kimi, Rusiya Kursk bölgəsinə 60 min hərbçi göndərib.

“Kursk əməliyyatının məqsədlərindən biri rus qoşunlarını öz ərazilərinə səfərbər etməkdir. İndi artıq deyə bilərəm ki, bu günə olan vəziyyətə görə bir neçə yerdən ora 60 minə qədər hərbçi köçürülüb. Eyni silah paketlərimiz olmadığı üçün çətinlik təhlükəsi ilə üzləşdiyimiz yerlərdən” – Zelenski deyib.

Ukraynanın Prezidentinin sözlərinə əsasən, vəziyyət o həddə çatıbmış ki, Ukrayna Rusiyanın 12 mərmisinə yalnız bir mərmi ilə cavab verə bilirmiş. O bildirib ki, Rusiya qüvvələrinin bir hissəsinin Zaporojie və Xerson vilayətindən çıxmasından sonra mərmilərin nisbəti birə üçə çatıb.