Volodimir Zelenski - Putin Kremli ancaq ölmüş halda tərk edəcək
Volodimir Zelenski - Putin Kremli ancaq ölmüş halda tərk edəcək

 
V.Zelenski Rusiyanın Prezidenti ilə indi dialoqun mümkün olmadığını deyib, çünki o, müstəqil fiqur deyil və Ukraynaya qarşı nifrət vakuumundadır.

“Problem budur, insanların beynini yuyurdu və onun beynini də yudular. O, bizi məhv etmək istəyi ilə informasiya köpüyündədir. Yeganə məqsədi səni məhv etmək olan bir insanla oturub danışıqlar apara bilməzsən. Bu gün burada ədalətli dialoqa nail ola bilməzsən”- deyə Zelenski bildirib.

O, iyunda İsveçrədə planlaşdırılan qlobal sülh sammitinin “güclü sənəd və Rusiyaya daha çox təzyiq” üçün zəmin hazırlamağın mümkün olacağı platforma olduğunu deyib.

“O, hər zaman güclü ola bilməz, qocalır, istər-istəməz öləcək. Bu anı gözləməyə ehtiyac yoxdur. Hər şey olacaq. Sadəcə olaraq indi öz dövlətini güzəştə gedə bilməzsən. 2014-cü ildən sonra Krımda və Donbassda olduğu kimi onu qaytarmaq çətin olacaq. Nə qədər çətin olsa da, Donbassı, Krımı qoruya bilmədik, hamı bunu unudub. Dünya bu qədər uzun müddət Ukrayna haqqında düşünməyəcək, hər kəsin öz daxili çağırışları var. Biz bu informasiya dalğasını başlada bildik və tək başımıza qalmadıq, lakin indi Qərbdə hər kəs genişmiqyaslı işğal zamanı olduğu qədər qəti deyil. Putin bu gün müstəqil fiqur deyil. O, bizə Ukraynaya Amerika Birləşmiş Ştatlarının nəzarət etdiyi və özünün də böyük pullar vəsaitlə idarə olunduğu barədə rəvayətlər dalğası verir. O, ancaq cənazəsi çıxarılanda Kremli ölü tərk edəcək. Onun mühiti onu bu sistemdə saxlayır. Bu sistemdə zəif nöqtəni tapmaq lazımdır. Əgər gündəlik olaraq axtarışda və mübarizədə olsan, mütləq qalib gələcəksən” – deyə Zelenski bildirib.