Volodimir Zelenski parlamenti Ukraynada döyüşən xarici ölkə vətəndaşlarına Ukrayna pasportunun verilməsini ehtiva edən qanunvericilik paketi qəbul etməyə çağırır
Volodimir Zelenski parlamenti Ukraynada döyüşən xarici ölkə vətəndaşlarına Ukrayna pasportunun verilməsini ehtiva edən qanunvericilik paketi qəbul etməyə çağırır

 
Ukraynanın Prezidenti Volodimir Zelenski parlamenti Ukraynada döyüşən xarici ölkə vətəndaşlarına Ukrayna pasportunun verilməsini ehtiva edən qanunvericilik paketi qəbul etməyə çağırır.

Bu haqda bəyanatı Zelenski təcili müraciəti zamanı verib.

Ukraynanın Prezidenti ölkə parlamentindən Kurskda döyüşən ukraynalı və digər ölkələrin vətəndaşlarının statusunun müəyyənləşdirilməsini ehtiva edən “Müdafiə qanunvericilik paketi”ni toplamağı və qəbul etməyi xahiş edir.

Zelenski bildirib ki, bu, paket Kurskda və ya Rusiyanın digər vilayətlərində döyüşən ukraynalı əsgərlərin Ukraynada cəbhə xəttində döyüşən əsgərlərin yararlandığı eyni ödəniş və güzəştlərdən faydalanacağına dair qanunvericilik səviyyəsində təminatları ehtiva edir.

Ukraynanın Prezidenti onu da deyib ki, Ukrayna uğrunda döyüşən xarici ölkələrin vətəndaşları maksimal olaraq təqdir edilməyə və tanınmağa layiqdirlər. Zelenski, bu döyüşçülərin Ukrayna vətəndaşlığını almağa layiq olduqlarını bildirib.

“Ukrayna dövlətini, xalqımızı, müstəqilliyimizi müdafiə edən bütün döyüşçülər tanınmağa və maksimum dəstəyə layiqdirlər. Bu, hələ Ukrayna vətəndaşlığı olmayan legionerlərimizə aiddir. Onlar bizim vətəndaşımız olmağa layiqdirlər. Bu, eləcə də ədalətli şəkildə qəhrəmanlarımızın ailə üzvlərinə şamil edilməlidir” – Zelenski bildirib.