Volodimir Zelenski – Müharibənin tez başa çatması Ukrayna üçün itkilər deməkdir, mənə bir şey aydındır, Donald Tramp həqiqətən müharibəni bitirmək istəyir

10:19, 08.11.2024

Müharibənin tez bitməsi itkilər deməkdir. – Ukrayna prezidenti Volodimir Zelenski ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın Ukraynadakı müharibəni 24 saat ərzində bitirmək vədinə belə cavab verdi.

“Mən əminəm ki, müharibənin tezliklə başa çatması itkilər demək olacaq. Sadəcə, bu, tez baş verərsə, Ukrayna üçün itkilər olacaq. Başqa cür necə mümkün olduğunu hələ görmürəm. Bəlkə nəyisə bilmirik, görə bilmirik. Və belə də olur. Bizə bir az vaxt lazımdır”, – deyə Zelenski bildirib.

Ukrayna prezidentinin sözlərinə görə, o, hələlik Trampla bunu müzakirə etməyib, lakin o, ABŞ-ın seçilmiş prezidentinin müvafiq təkliflərini daha sonra dinləyəcək.

“Mənə bir şey aydındır – o, həqiqətən bitirmək istəyir”, – Zelenski deyib.

Oxşar