Volodimir Zelenski - Mixeil Saakaşvilinin necə göründüyünə baxın, fikrimcə Gürcüstan hakimiyyəti onu öldürür
Ukrayna Prezidenti Volodimir Zelenski Gürcüstan hakimiyyətinin Gürcüstanın sabiq prezidenti və hazırkı Ukrayna vətəndaşı Mixeil Saakaşvilini öldürmək niyyətində olduğunu hesab edir. Məlumatı Ukrayna mediası yayır.
Media Volodimir Zelenskinin bu barədə Avstriya Prezidenti Aleksander van der Bellenlə birgə mətbuat konfransında bəyanat verməsi ilə bağlı məlumat yayır.
Medianın yazdığı üzrə, görüşdən əvvəl Zelenskiyə Mixeil Saakaşvilinin hazırkı vəziyyətini əks etdirən fotolar verilib.
“Bir zamanlar o, Gürcüstanın Prezidenti Mixeil Saakaşvili olub. Şəkilləri mənə Davit Araxamia verib. Onun necə göründüyünü görməyinizi istəyirəm. Hesab edirəm ki, bu gün Gürcüstan hakimiyyəti onu öldürür. Zəhərlədiklərini bilirsiniz, indi də yavaş-yavaş öldürürlər. Gürcüstan, onun rəhbərliyi, onlar bu gün kimin üçündür? Onlar neytraldırlar, yoxsa Rusiya üçündür? Çünki bu gün Rusiya da öz siyasətçilərinə Gürcüstan rəhbərliyinin öz siyasətçilərinə deyil, Ukrayna vətəndaşlarına yanaşdığı kimi yanaşır. Və bir daha, onlar bitərəfdir, yoxsa Rusiyayönlü? Yoxsa sadəcə olaraq Ukraynaya mı qarşıdırlar və s. İstəyirəm ki, mətbuat nələrin baş verdiyini – Ukrayna vətəndaşının ictimai işgəncəsini görsün. Gürcüstanın sabiq prezidentinin niyə həbs edildiyi, bunun Gürcüstan siyasəti və demokratiyası üçün hansı nəticələrə gətirib çıxaracağı sualını müzakirə etməyəcəyəm. Bu onların daxili sualıdır. Mən hər gün ictimai işgəncələrə məruz qalan Ukrayna vətəndaşı Mixeil Saakaşvilinin həbsindən danışıram. Fikrimcə onların məqsədi onu öldürməkdir” – deyə Volodimir Zelenski açıqlayıb.