Volodimir Zelenski - dünyasını dəyişənlərin qohumlarına və yaxınlarına başsağlığı verir, Racada torpaq sürüşməsi nəticəsində xəsarət alanların tezliklə sağalmasını arzulayırıq
Ukrayna Prezidenti Volodimir Zelenski Şovidəki təbii fəlakət zamanı həlak olanların yaxınlarına başsağlığı verib.
“İnsanların həyatına son qoyan təbii fəlakətə görə cəmiyyətə dərin hüznlə başsağlığı veririk. Ölənlərin qohumlarına və yaxınlarına başsağlığı verir, dağlıq Raca bölgəsində baş verən sürüşmə nəticəsində xəsarət alan hərkəsin tezliklə sağalmasını arzulayırıq”, – deyə Zelenski sosial şəbəkədə yazıb.
Avqustun 3-də Şovidə sürüşmə baş verib. Hazırda mövcud olan rəsmi məlumata görə, təbii fəlakət nəticəsində 11 nəfər ölüb, 25 nəfərin axtarışı davam edir.