Volodimir Zelenski – Mən ABŞ Senatına Ukraynanı xilas etmək üçün təsdiqlənmiş yardıma görə minnətdaram
Ukrayna prezidenti Volodimir Zelenski ABŞ Senatına Ukraynaya yardımı ehtiva edən qanun layihəsini təsdiq etdiyinə görə təşəkkür edib.
“Mən ABŞ Senatına Ukraynanı xilas etmək üçün təsdiqlənmiş yardıma görə minnətdaram. Çoxluğun Lideri Çak Şumer və Respublikaçıların Lideri Miç Makkonnelə bu ikitərəfli qanunvericiliyin irəliləyişində həlledici liderliyinə görə təşəkkür edirik. Qanun layihəsini dəstəkləyən hər iki partiyanın ABŞ senatorlarına təşəkkür edirəm”, – deyə Zelenski sosial şəbəkədə yazır.
Ukrayna prezidentinin sözlərinə görə, qanun layihəsinin təsdiqi Amerikanın demokratiya çırağı və azad dünyanın lideri rolunu gücləndirir.
Volodimir Zelenski əlavə edib ki, o, ABŞ prezidenti Co Baydenin dəstəyini qiymətləndirir və Baydenin sözügedən qanun layihəsini tez bir zamanda imzalamasını səbirsizliklə gözləyir.