İşğalçılar daxilən məğlubiyyətə hazırdırlar – bu sözləri Ukrayna Prezidenti Volodimir Zelenski gündəlik müraciətində deyib.
“İşğalçılar daxilən məğlubiyyətə hazırdırlar. Onlar artıq zehinlərində bu müharibədə məğlub olublar. Biz onlara hər gün təzyiq etməliyik ki, bu məğlubiyyət hissi qaçmağa, səhv etməyə çevrilsin” – Zelenski bildirib.
O, Ukrayna uğrunda döyüşən əsgərlərə təşəkkür edib və daha çox silah tədarük edəcəyinə söz verib.
“Bütün çətinliklərə baxmayaraq, torpaqlarımızı Ukraynaya qaytaran hər kəsə təşəkkür edirəm. Sizi, döyüşçüləri daha da çox silahla təmin etməyə, aqressoru məğlub etmək və sülhü bərpa etmək üçün sizə daha çox imkan yaratmağa hazırlaşırıq” – deyə Ukrayna Prezidenti açıqlayıb.