Volodimir Zelenski İlham Əliyevlə telefon danışığında deyib ki, Rusiya təyyarə qəzası ilə bağlı aydın izahat verməli və dezinformasiya yaymağı dayandırmalıdır

19:13, 28.12.2024

Ukrayna Prezidenti Volodimir Zelenski ilə Azərbaycan Prezidenti İlham Əliyev arasında telefon danışığı olub. Bu barədə Vladimir Zelenski sosial şəbəkədə yazır.

Ukrayna prezidenti 38 nəfərin ölümü ilə nəticələnən təyyarə qəzası ilə bağlı kədərləndiyini bildirib.

“Hazırda əsas prioritet həqiqətən baş verənlərlə bağlı bütün suallara cavab verəcək hərtərəfli araşdırmadır.” – Zelenski vurğulayıb.

Zelenskinin sözlərinə görə, Rusiya təyyarə qəzası ilə bağlı aydın izahat verməli və dezinformasiya yaymağı dayandırmalıdır. Eyni zamanda, Ukrayna prezidenti qeyd edib ki, foto və videolarda təyyarənin raket zərbəsinə çox bənzəyən ziyanı aydın şəkildə görünür.

Biz bu vəziyyətdə Azərbaycanı bütün lazımi vasitələrlə dəstəkləyəcək və digər ölkələri köməyə çağıracağıq”. – Ukrayna Prezidenti qeyd etdi.

Bundan əlavə, Zelenskinin sözlərinə görə, liderlər yaxın gələcəkdə ikitərəfli təmasların intensivləşdirilməsi barədə razılığa gəliblər.

Oxşar