Volodimir Zelenski - Gürcü xalqının bizimlə və bütün digər Avropa xalqları ilə sülhsevər, vahid Avropa ailəsində olmasını arzulayıram
Volodimir Zelenski - Gürcü xalqının bizimlə və bütün digər Avropa xalqları ilə sülhsevər, vahid Avropa ailəsində olmasını arzulayıram

Gürcü xalqının bizimlə və bütün Avropa xalqlarının sülhsevər, vahid Avropa ailəsində bir yerdə olmasını arzulayıram”, – deyə Ukrayna Prezidenti Volodimir Zelenski gündəlik videomüraciətində bildirib və gürcü xalqını Gürcüstanın Müstəqillik Günü münasibətilə təbrik edib.

“Bu gün Gürcüstan Müstəqillik Gününü qeyd edir. Mən gürcü xalqını salamlayıram və onlara bizimlə və bütün digər Avropa xalqları ilə azad, dinc və vahid Avropa ailəsində olmağı arzulayıram. Bunu bütün Gürcüstana və ölkənizin hələ də Rusiyanın işğalı altında olan hissələrinə arzulayıram. Yenə də, Gürcüstan ən qədim və hörmətli tarixi güclərdən biridir və bu güc məğlub olmayacaq, mən buna əminəm. Okupant məğlub olacaq. Yaşasın azad Gürcüstan!”, – deyə Volodimir Zelenski gündəlik videomüaciəti zamanı bildirib.