Volodimir Zelenski Fransa prezidentinin təklif etdiyi "Olimpiya atəşkəsi" təklifini rədd etdi
Volodimir Zelenski Fransa prezidentinin təklif etdiyi "Olimpiya atəşkəsi" təklifini rədd etdi

Ukrayna prezidenti Fransa prezidenti Emmanuel Makronun təklif etdiyi “Olimpiya atəşkəsi” təklifini rədd etdi,- bu barədə Volodimir Zelenski AFP-yə müsahibəsində bildirdi.

Zelenskinin sözlərinə görə, Moskva hərbi əməliyyatların hər cür dayandırılmasından öz hərbi üstünlüyü üçün istifadə edəcək.

“Gəlin səmimi olaq. Emmanuel, mən buna inanmıram. Kim bizə təminat verə bilər ki, Rusiya bu zaman öz qüvvələrini ərazimizə daxil etmək üçün istifadə etməyəcək? Biz düşmənə faydalı olacaq hər hansı razılaşmaya qarşıyıq”, – deyə Zelenski bildirdi.

Ukrayna prezidenti Rusiyaya qarşı mübarizəni davam etdirəcəyinə söz verdi.

“İlk növbədə, biz Vladimir Putinə etibar etmirik”, – deyə Zelenski qeyd etdi.

Bununla yanaşı, Rusiya prezidenti Vladimir Putin dövlət mediasına bildirdi ki, o, çinli həmkarı Si Dzinpinlə “Olimpiya atəşkəsi” ideyasını müzakirə etdi. Bu ideyanı dəstəkləyib-dəstəkləməyəcəyi barədə ünvanlanmış suala Putin tənqidi şəkildə cavab verdi.

Fransa prezidenti Emmanuel Makron və Çin prezidenti Si Dzinpin Parisin Olimpia oyunları zamanı Rusiya ilə Ukraynayı razılaşma əldə etməyə çağırdılar.

“Ola bilsin ki, bu, beynəlxalq hüquqa tam hörmətlə yanaşaraq münaqişələrin dayanıqlı həlli yolunda işləmək üçün bir fürsət olsun”, – Makron bildirdi.