Volodimir Zelenski Filippinin Prezidenti ilə görüşüb
Volodimir Zelenski Filippinin Prezidenti ilə görüşüb

 
Ukraynanın Prezidenti Volodimir Zelenski Manilada Filippinin Prezidenti Ferdinand Markos Jr. ilə görüşüb.

Zelenski Filippinin Prezidentinə dəstəyə və Rusiyanın Ukrayna ərazilərinə hərbi müdaxiləsi ilə bağlı “aydın mövqeyə” görə təşəkkür edib.

“Bu dəvətə görə təşəkkür edirəm. Ukraynanı, ərazi bütövlüyümüzü və suverenliyimizi dəstəkləyən ölkənizdə olmaqdan çox minnətdarıq”- deyə Zelenski Markosa deyib.

Zelenski, Ukraynanın bu il Manilada səfirlik açacağını bildirib. Ukraynanın Prezidenti xəbər verir ki, Markosla Ukraynanın təşəbbüsü ilə iyunun 15-16-da İsveçrədə keçiriləcək və 100-ə yaxın ölkə ilə yanaşı Filippinin də iştirak edəcəyi “Sülh sammiti”ni müzakirə edib.

Bundan başqa, liderlər ikitərəfli əməkdaşlıqdan, xüsusən də Ukraynanın kənd təsərrüfatı məhsullarının Filippinə ixracından danışıblar.