Volodimir Zelenski – enerji obyektlərinə hava hücumlarının qarşılıqlı dayandırılması müharibənin qaynar fazasını bitirə bilər

10:38, 23.10.2024

Enerji obyektlərinə aviazərbələrin qarşılıqlı dayandırılması müharibənin qaynar mərhələsinə son qoya bilər. – Ukrayna prezidenti Volodimir Zelenski “Financial Times”a müsahibəsində belə deyib.

Zelenskinin sözlərinə görə, Rusiyanın Ukraynanın enerji obyektlərinə və yük gəmilərinə hava hücumlarını dayandırması danışıqlara zəmin yarada bilər.

“Söhbət enerji və naviqasiya azadlığından gedirsə, bu məsələlərlə bağlı nəticələr əldə etmək Rusiyanın müharibəni bitirməyə hazır ola biləcəyinə işarədir”. – Zelenski dedi.

Ukrayna prezidentinin sözlərinə görə, Moskva və Kiyev bir-birinin enerji infrastrukturuna hücumları dayandırmağa razılaşsalar, bu, münaqişənin deeskalasiyası istiqamətində mühüm addım olardı.

“Birinci sammit zamanı biz gördük ki, enerji təhlükəsizliyi ilə bağlı qərarın qəbulu mümkündür. Yəni biz onların enerji infrastrukturuna hücum etmirik, onlar bizimkilərə hücum etmirlər. Bu, müharibənin qaynar mərhələsinin sona çatmasına səbəb ola bilərmi? Düşünürəm ki, bəli”. – Zelenski dedi.

Oxşar