Volodimir Zelenski - Dövləti qoruyub saxlamaq istəyiriksə, onu müdafiə etməliyik
Volodimir Zelenski - Dövləti qoruyub saxlamaq istəyiriksə, onu müdafiə etməliyik

 
Dövləti qoruyub saxlamaq istəyiriksə, onu müdafiə etməliyik-bu haqda Ukraynanın Prezidenti Volodimir Zelenski səfərbərliklə bağlı suala cavabında deyib.

Onun Berlində kansler Olaf Şoltsla birgə mətbuat konfransında dediyi kimi, Ukraynada səfərbərlik müharibənin ilk günündən davam edir.

“Səfərbərliyə gəlincə, mən buna tam olaraq ayıq gözlə baxıram, çünki bizdə hərbi vəziyyət olduğundan səfərbərlik ilk gündən davam edir. Mən cəmiyyətdə bu məsələnin şübhəsiz mövcud olduğunu görürəm, müharibənin ilk günündən deyil, amma dövləti qoruyub saxlamaq istəyiriksə, onu müdafiə etməliyik”- deyə Zelenski açıqlayıb.