Volodimir Zelenski – Donald Tramp müharibənin bitməsində həlledici rol oynaya bilər
Donald Tramp müharibənin sona çatmasında həlledici rol oynaya bilər. – Bu barədə Ukrayna prezidenti Volodimir Zelenski bildirib.
Zelenskinin sözlərinə görə, ABŞ-ın seçilmiş prezidenti onlara Rusiya diktatoru Vladimir Putini dayandırmağa kömək edə bilər.
“Tramp həlledici ola bilər. Bizim üçün ən önəmlisi, onun xüsusiyyətləri önəmlidir. O, Putini dayandıra bilər. Onun bizə Putini dayandırmağa kömək edə biləcəyini söyləmək daha ədalətli olardı. O bunu edə bilər. Mən onun güclü və gözlənilməz olduğuna inanıram. Mən istəyirəm ki, Trampın gözlənilməzliyi ilk növbədə Rusiyaya təsir etsin. Düşünürəm ki, o, həqiqətən də müharibəni bitirmək istəyir. Düşünürəm ki, bu doğrudur”. – Zelenski dedi.