Volodimir Zelenski - Çin sülh sammitində iştirak etməmək üçün digər ölkələrə təzyiq etməkdə Rusiyaya kömək edir
Volodimir Zelenski - Çin sülh sammitində iştirak etməmək üçün digər ölkələrə təzyiq etməkdə Rusiyaya kömək edir

 
Çin sülh sammitində iştirak etməmək üçün digər ölkələrə təzyiq etməkdə Rusiyaya kömək edir-bu haqda Ukraynanın Prezidenti Volodimir Zelenski Sinqapurda “Şanqri-La Dialoqu” adı ilə tanınan təhlükəsizlik sammitində keçirilən mətbuat konfransında bildirib.

O, Rusiyanın İsveçrədə planlaşdırılan sülh sammitini bütün vasitələrlə pozmaq üçün Çinin regiondakı təsirindən, eləcə də çinli diplomatlardan istifadə etdiyini deyib.

“Çin kimi böyük və müstəqil bir ölkənin Rusiyanın əlində alət olması məyusedicidir”- Ukraynanın Prezidenti deyib.

Məlumat üçün bildirək ki, mayın 31-də Çin hakimiyyətində ölkə nümayəndələrinin İsveçrədə planlaşdırılan sammitdə ehtimal ki, iştirak etməyəcəklərini bildiriblər.