Volodimir Zelenski – Bütün Rusiya dronlarının istehsal xətlərini dayandırmaq mümkündür, bunun üçün ölkələrin siyasi iradəsi lazımdır, əgər Kreml daha çox zərbə endirməyi seçərsə, sanksiyalar işləməli və sərtləşdirilməlidir
Ukrayna Prezidenti Volodimir Zelenski ötən gecə Rusiyanın Ukraynaya endirdiyi zərbələrə sosial şəbəkədə münasibət bildirib və xarici ölkələrin rəsmi Moskvaya qarşı sanksiyaları sərtləşdirməli olduğunu qeyd edib.
“Bunlar Avropa, ABŞ, Çin, Yaponiya və bir çox başqa ölkələrdən gələn təchizat zəncirləridir. Bu şirkətlərin əksəriyyəti tanınmış istehsalçılardır, lakin onların komponentləri hələ də Rusiyadadır. Əslində istehsal xəttindəki bütün Rusiya dronlarını dayandırmaq mümkündür. Bu ölkələrdən siyasi iradə tələb olunur. Kreml daha çox zərbə endirməyi seçərsə, sanksiyalar işləməlidir və sərtləşdirilməlidir”, – deyə Volodimir Zelenski yazır.
Bəyanatda Ukrayna Prezidenti həmçinin qeyd edib ki, oktyabrın 2-də, gecə saatlarında ruslar çoxmərtəbəli yaşayış binasına, ərzaq mağazasına və Kiyevdə yerləşən körpüyə hava zərbələri endiriblər. Onun sözlərinə görə, ruslar uşaq bağçasını da “dağıdıblar”.