Volodimir Zelenski - BMT Baş Assambleyasında səsvermənin sarsıdıcı nəticələri qlobal anti-Putin koalisiyasının formalaşdığını göstərir
Volodimir Zelenski - BMT Baş Assambleyasında səsvermənin sarsıdıcı nəticələri qlobal anti-Putin koalisiyasının formalaşdığını göstərir

 

Ukrayna prezidenti Volodimir Zelenski BMT Baş Assambleyasında qətnamənin qəbul edilməsinə “Twitter”-də münasibət bildirir.

” Mən Rusiyadan Ukraynaya xain hücumu dərhal dayandırmağı tələb edən qətnamənin BMT Baş Assambleyasının misli görünməmiş səs çoxluğu ilə təsdiqini alqışlayıram. Mən lehinə səs verən hər kəsə və hər bir dövlətə minnətdaram. Siz tarixin düzgün tərəfini seçmisiniz.

Ukraynada təcavüzkar üçün səsvermənin dağıdıcı nəticələri inandırıcı şəkildə göstərir ki, qlobal anti-Putin koalisiyası formalaşıb və fəaliyyət göstərir. Dünya bizimlədir. Həqiqət bizim tərəfimizdədir. Qələbə bizim olacaq!” – deyə Zelenski yazır.

BMT Rusiyanın Ukraynaya təcavüzünü pisləyən və silahlı qüvvələrinin dərhal çıxarılmasını tələb edən qətnaməni böyük səs çoxluğu ilə dəstəkləyib. Qətnaməni 193 üzv dövlətdən 141-i, o cümlədən Gürcüstan da dəstəkləyib.