Volodimir Zelenski - biz dayandırmasaydıq, Rusiya Ukrayna sərhədlərində dayanmazdı, Baltikyanı ölkələr, Polşa, Moldova, Gürcüstan, Qazaxıstan hücuma məruz qalacaqdı
Volodimir Zelenski - biz dayandırmasaydıq, Rusiya Ukrayna sərhədlərində dayanmazdı, Baltikyanı ölkələr, Polşa, Moldova, Gürcüstan, Qazaxıstan hücuma məruz qalacaqdı

 

Rusiya Ukrayna sərhədlərində dayanmayacaqdı. Əgər biz dayandırmasaydıq, başqa dövlətlər – Baltikyanı ölkələr, Polşa, Moldova, Gürcüstan, Qazaxıstan hücuma məruz qalacaqdı- bu barədə Ukrayna prezidenti Volodimir Zelenski çıxışında açıqlayıb.

O bildirib ki, Rusiya nəzarət zonasını genişləndirmək üçün istənilən vəhşiliyə əl atacaq.

“Rusiya bizim sərhədlərimizdə dayanmayacaqdı. Əgər biz dayandırmasaydıq, başqa dövlətlər – Baltikyanı ölkələr, Polşa, Moldova, Gürcüstan, Qazaxıstan hücuma məruz qalacaqdı… Rusiya müxtəlif Avropa və Asiya xalqlarını fəth etmək iddiasında idi. Bu ölkə, hələ yarım il əvvəl iddia ilə çıxış edirdi. Bu kriminal ambisiya Ukraynada uğursuzluğa düçar oldu. Kiyev və Çerniqovda, Azovstalda, Sumi və Xarkov vilayətlərində, Zmein adasında qırıldı. Donbassda və Ukraynanın cənubunda, biz onları azad edəndə, mütləq – Krımda, azad Ukrayna Krımında uğursuzluğa düçar olacaq. Dövlətimizin bütün ərazisi bu düşməndən – təkcə Ukraynanın düşmənindən deyil, həyatın, insanlığın, qanunun və ədalətin düşmənindən azad ediləcək” – deyə Zelenski bildirib.

Zelenski bildirib ki, Rusiya Ukraynanın gücünü hiss edir, bu səbəbdən tələsir və ilhaq cəhdi ilə göz boyayır.

“O, özünə aid olmayanı oğurlamağa çalışır. O, tarixi yenidən yazmaq və sərhədləri qətllər, təhqirlər, şantaj və yalanlarla yenidən cızmaq istəyir” – deyə Ukrayna prezidenti bildirib.