Volodimir Zelenski birinci köməkçisi Sergey Şefiri və bir neçə müşaviri vəzifədən azad edib

13:20, 30.03.2024

Ukrayna prezidenti Volodimir Zelenski birinci köməkçisi Sergey Şefiri və bir neçə müşavirini vəzifəsindən azad edib. Müvafiq fərmanlar Ukrayna prezidentinin rəsmi saytında dərc olunub.

Ukrayna mediayanın yazdığı üzrə, Sergey Şefir Zelenskinin dostu və iş ortağı olub.

İşdən çıxarılanlar arasında Şefirdən başqa, Zelenskinin məsləhətçiləri Mixail Radutski, Sergey Trofimov və Oleq Ustenko da var.

Bununla yanaşı, fərmanlardan aydın olur ki, Zelenski Prezident Aparatının könüllülük fəaliyyətinə və Ukrayna müdafiəçilərinin hüquqlarının təmin edilməsinə cavabdeh olan ştatdankənar nümayəndələri Natalya Puşkareva və Alyona Verbitskayanı işdən azad edib.

Oxşar