Volodimir Zelenski bildirir ki, Rusiya ordusu Ukrayna istiqamətində yüzdən çox raket və yüzə yaxın pilotsuz uçuş aparatı buraxıb
Volodimir Zelenski bildirir ki, Rusiya ordusu Ukrayna istiqamətində yüzdən çox raket və yüzə yaxın pilotsuz uçuş aparatı buraxıb

Volodimir Zelenskinin bildirdiyinə görə, Rusiya ordusu Ukrayna istiqamətində yüzdən çox raket və yüzə yaxın pilotsuz uçuş aparatı buraxıb.

Ukrayna prezidenti bu barədə xüsusi videomüraciətində danışıb.

Zelenskinin qiymətləndirməsinə görə, Rusiyanın bu səhər həyata keçirdiyi zərbə müharibə zamanı ən böyük zərbələrdən biri olub və Rusiya yüzdən çox müxtəlif növ raket və yüzə yaxın “kamikadze” pilotsuz uçuş aparatından istifadə edib.

“Rusiyanın əvvəlki hücumlarının əksəriyyəti kimi, bu hücum da kritik mülki infrastruktura qarşı yönəlib”, – Zelenski deyib.

Ukrayna prezidentinin sözlərinə görə, hücum nəticəsində bir çox enerji obyektləri zədələnib, lakin onun sözlərinə görə, elektrik enerjisinin kəsilməsi lazım olan hər yerdə artıq bərpa işləri aparılır.

Zelenski əlavə edib ki, Vladimir Putin “yalnız dünyanın ona icazə verdiyini edə bilər. Zəiflik, qeyri-kafi qərarlar və cavablar terroru qidalandırır”.

Vladimir Zelenskinin sözlərinə görə, Ukraynanın bütün liderləri, bütün tərəfdaşları müharibəni dayandırmaq və bunu ədalətli etmək üçün hansı qərarların lazım olduğunu bilirlər.

Məlumat üçün bildirək ki, avqustun 26-da səhər saatlarında Rusiya Ukraynaya kütləvi hücuma keçib. Nəticədə, son məlumatlara görə, ölənlərin sayı 5-ə çatıb. Rusiyanın hücumu Jitomir, Volın, Dnepropetrovsk, Xarkov və Zaporojye vilayətlərində itkilərlə nəticələnib.

Rusiya Müdafiə Nazirliyi hücumun hədəfinin Ukraynanın enerji infrastrukturu olduğunu təsdiqləyib. Rusiya Müdafiə Nazirliyinin bəyanatında bildirilir ki, onlar “Ukrayna hərbi-sənaye kompleksinin fəaliyyətini təmin edən enerji infrastrukturu obyektlərinə kütləvi qrup hücumu həyata keçiriblər”. Müdafiə Nazirliyinin bəyanatında da bildirilir ki, “bütün hədəflər məhv edilib”.