Volodimir Zelenski bildirir ki, Roma Papası ilə görüşdə müharibənin nəticələri, sülhün bərqərar olmasında Müqəddəs Taxtın rolu və qlobal sülh sammiti barədə söhbət ediblər
Volodimir Zelenski bildirir ki, Roma Papası ilə görüşdə müharibənin nəticələri, sülhün bərqərar olmasında Müqəddəs Taxtın rolu və qlobal sülh sammiti barədə söhbət ediblər

Ukrayna Prezidenti Volodimir Zelenski Roma Papası Fransisklə görüşüb.

Zelenskinin sosial şəbəkədə yazdığı kimi, “görüşdə Rusiyanın Ukraynaya qarşı müharibəsinin nəticələri, rus hava terroru və enerji sektorundakı mürəkkəb vəziyyət müzakirə edilib”.

“Biz həmçinin sülh formulunu, Ukraynada ədalətin və sülhün bərqərar olmasında Müqəddəs Taxtın rolunu, qlobal sülh sammitindən gözləntiləri müzakirə etdik”, – Zelenski yazır.

Bununla yanaşı, Zelenskinin yazdığı kimi, o, Vatikanın Qlobal Sülh Sammitində iştirak etdiyinə görə Papaya təşəkkür edib və onların sülhə yaxınlaşma prosesində iştirakını vurğulayıb.