Volodimir Zelenski avropalı parlamentarilərə müraciət etdi - bizimlə olduğunuzu və bizi tərk etməyəcəyinizi sübut etməyə çağırıram, avropalı olduğunuzu bizə sübut edin və onda həyat hər yerdə ölümə qalib gələcək
Volodimir Zelenski avropalı parlamentarilərə müraciət etdi - bizimlə olduğunuzu və bizi tərk etməyəcəyinizi sübut etməyə çağırıram, avropalı olduğunuzu bizə sübut edin və onda həyat hər yerdə ölümə qalib gələcək

 

Biz hüquqlar, azadlıq, xilas olmaq üçün mübarizə aparırıq. Ukraynalılar Avropa seçimi üçün mübarizə aparırlar-bu barədə Ukrayna prezidenti Volodimir Zelenski Brüsseldə Avropa Parlamentinin xüsusi sessiyasında bildirib.

Volodimir Zelenski avropalı parlamentarilərə müraciət edərək onları Ukraynanın yanında olduqlarını və bundan əl çəkməyəcəklərini sübut etməyə çağırıb.

“Mən sizə sabahınız xeyir və ya axşamınız xeyir deyə bilmərəm, çünki bəzi insanlar üçün bu gün sonuncu gündür. Bu gün mən ölkəni çox şeyin bahasına müdafiə edən Ukrayna vətəndaşlarından danışıram. Burada gördüklərim və eşitdiklərimdən dolayı məmnunam. Sizi yenidən birləşdirə bildiyimiz üçün şadam, lakin böyük hesablar ödəyəsi oluruq. Bu, ukraynalılar üçün faciədir, minlərlə insan iki inqilab, müharibə indi isə Rusiyanın beş günlük tammiqyaslı hərbi müdaxiləsi səbəbi ilə həlak olub. İnanıram ki, bu gün biz də sizin kimi dəyərlərə, azadlıqlara, bərabərliyə həyatımızı qurban veririk. Biz ən yaxşı vətəndaşlarımızı qurban veririk, ukraynalılar heyrətamizdir. Biz hamını məğlub edəcəyimizi deməyi xoşlayırıq və şadam ki, siz bu barədə nəinki danışırsınız, hətta görürsünüz . Ukraynalılar Avropa seçimi uğrunda mübarizə aparırlar.

Bu səhər bizim üçün olduqca faciəli oldu. Rusiya ilə sərhəddə yerləşən və bizimlə həmişə mehriban, isti münasibətləri olan çoxlu rusların yaşadığı şəhərə, Xarkova iki raket atılıb. Bu gün Sülh Meydanına atılan raketlər bir neçə nəfərin ölümünə səbəb olub. Azadlığın bədəli belədir. Biz öz torpağımız, azadlığımız üçün mübarizə aparırıq.

Bu gündən Ukraynanın hər bir şəhər meydanı Azadlıq Meydanı adlanacaq. Bizi heç kim sındıra bilməz, biz səbirliyik və arzumuz övladlarımızı sağ görməkdir. Dünən 16 uşaq həlak olub. Prezident Putin isə əməliyyat keçirdiyini və hərbi infrastrukturu məhv etdiyini bəyan edir. Uşaqlarımız hərbi zavodlarda mı işləyir? Tanklarla mı hərəkət edirlər ? Bizim çox motivasiyalı xalqımız var, biz öz hüquqlarımız, azadlığımız, həyat üçün, indi isə sağ qalmaq üçün mübarizə aparırıq. Biz Avropanın bərabərhüquqlu üzvləri olmaq üçün mübarizə aparırıq. İnanıram ki, bu gün biz hər kəsə nəyi təmsil etdiyimizi göstərmişik, Aİ bizimlə daha güclü olacaq. Siz olmadan Ukrayna tək qalacaq. Biz öz gücümüzü sübut etdik və sübut etdik ki, biz sizin kimiyik. Bizimlə olduğunuzu sübut edin, avropalı olduğunuzu sübut edin, onda həyat ölümə, işıq da qaranlığa qalib gələcək. Yaşasın Ukrayna”-deyə Volodimir Zelenski vurğulayıb.