Volodimir Zelenski ABŞ-ın müdafiə katibi Lloyd Ostinlə görüşüb
Volodimir Zelenski ABŞ-ın müdafiə katibi Lloyd Ostinlə görüşüb

 
Ukraynanın Prezidenti Volodimir Zelenski Sinqapurda ABŞ-ın müdafiə katibi Lloyd Ostinlə görüşüb. Ukraynanın müdafiə naziri Rustem Umerov da görüşdə iştirak edib.

Volodimir Zelenskinin sosial şəbəkədə yazdığı kimi, ABŞ və Ukraynanın nümayəndələri cəbhə xəttində cari vəziyyət haqda danışıblar.

“Biz əsas məsələləri: müdafiə ehtiyaclarını, Ukraynanın hava hücumundan müdafiə sistemlərinin gücləndirilməsini, “F-16″ qırıcılarının koalisiyası və ikitərəfli təhlükəsizlik sazişinin hazırlanmasını müzakirə etdik” – Zelenski sosial şəbəkədə yazır.

Ukraynanın Prezidenti həmçinin ABŞ Prezidenti Co Baydenə Rusiya ərazisinə hücumlar üçün Amerika silahlarından istifadəni nəzərdə tutan qərarına görə təşəkkür edib.

Ostin isə öz növbəsində ABŞ-ın Ukraynaya Rusiyanın təcavüzündən qorunmaq üçün lazım olan hər şeyi vermək öhdəliyini vurğulayıb.

Xatırladaq ki, Zelenski dünən “Şanqri-La Dialoqu”nun beynəlxalq təhlükəsizlik forumunda çıxış edəcəyi Sinqapura səfər edib.