“Vogue” jurnalı oxucularına payızda Gürcüstana səyahət etməyi və şərabı dadmağı tövsiyə edir
“Vogue” jurnalı oxucularına payızda Gürcüstana səyahət etməyi və şərabı dadmağı tövsiyə edir

 

“Bu payızda mütləq ziyarət etməli olduğunuz 12 kəşf edilməmiş şərab bölgəsi”-məşhur moda jurnalı “Vogue” bu başlıqda məqalə dərc edir. Məqalədə beynəlxalq ekspertlər şərab turizminin istiqamətlərindən bəhs edirlər, Gürcüstan da siyahıya daxil edilib.

Məqalədə İspaniya, İtaliya, Meksika, Amerika Birləşmiş Ştatları, İsveçrə, Fransa və Argentina regionları ilə yanaşı Şida Kartlidən ən yaxşı şərab turizmi istiqamətlərindən biri olaraq bəhs edilib.

“Gürcüstan dünyanın ən qədim, davamlı şərab istehsal edən ölkəsi olduğu üçün daha çox görünməlidir, lakin bu ölkənin hələ də naməlum olmasının bir səbəbi var.

Gürcüstan onilliklər ərzində Sovet hakimiyyəti altında olub. Bu, şərab mədəniyyətinə böyük zərbə vurub. Üzümün cəmi dörd sortunun emalına icazə verilib, halbuki Gürcüstanda 500-dən çox çeşid var. Qalanları sirr olaraq saxlanılırdı”- deyə təbii şərab mövzusu üzərində işləyən jurnalist və müəllif Reiçel Sainer bildirir.

O, Gürcüstanın müstəqilliyinin bərpası ilə yanaşı, gürcü şərabçılıq mədəniyyətinin yenidən kəşf edildiyini və bütün dünyada geniş yayıldığını bildirib.

Reiçel Sainer Tbilisidən Şida Kartlini ziyarət etməyin asan olduğunu söyləyib.

“Bir saatdan az müddətdə burada olacaqsınız. Şərabın təbii qaydalara uyğun hazırlandığı şərab anbarlarına baş çəkə bilərsiniz. Sainerin dediyi kimi, gürcü şərabı yeraltı amforaya qoyulur və ona küp deyirlər”– deyə “Vogue”-un jurnalisti yazır.

Məlumatı Milli Turizm Administrasiyasının mətbuat xidməti yayır.