Vladimir Zelenskinin məsləhətçisi - üçgünlük müharibədən sonra Rusiya taqətdən düşdü, Ukrayna onun planlarını pozdu
Ukraynada üçgünlük aktiv hərbi əməliyyatlardan sonra taqətdən düşdüvə buna görə də Belarusda mümkün danışıqların keçirilməsi barədə məlumat yayır, – bu barədə Ukrayna prezidentinin məsləhətçisi, Aleksey Arestoviç brifinqdə bəyan etdi.
Ukrayna prezidenti administrasiyasının nümayəndəsi bildirir ki, Ukrayna Rusiyanın planlarını pozdu.
Arestoviçin sözlərinə görə, Ukraynanın qərb vilayətlərinin ərazi müdafiə bölmələri Kiyevə istiqamət aldı. Ukrayna prezidentinin məsləhətçisinin sözlərinə görə, ordu və müdafiə qüvvələri Xarkov şəhərinə nəzarəti saxlayıb.
“Rusiya mediasında məlumat yayıldı ki, danışıqlar Rusiya nümayəndə heyətinin təşəbbüsü ilə irəli sürüldü. Hərbi baxımdan bu o deməkdir ki, onlar təşəbbüsü itiriblər və indi aktiv döyüş əməliyyatlarını davam etdirə bilmirlər. Düşünürəm ki, onların irəliləmək və ya aktiv fəaliyyət göstərmək üçün bir və ya iki cəhdi qalıb. Müvafiq olaraq, mənim və digər hərbi mütəxəssislərin fikrincə, onların verdikləri böyük itkilər və Ukrayna xalqının, silahlı qüvvələrinin müqaviməti kampaniyanın ilk üç gününün planlarını pozdu. Bu, Ukraynada sonrakı hücum əməliyyatlarının faydasız olduğunu göstərir”, – Arestoviç bəyan etdi.