Vladimir Zelenski - Ukrayna nümayəndə heyəti, ilkin şərtlər olmadan, Rusiya ilə Ukrayna-Belarus sərhədində görüşəcək
Vladimir Zelenski - Ukrayna nümayəndə heyəti, ilkin şərtlər olmadan, Rusiya ilə Ukrayna-Belarus sərhədində görüşəcək

Razılaşdıq ki, Ukrayna nümayəndə heyəti, ilkin şərtlər olmadan, Rusiya ilə Ukrayna-Belarus sərhədində, Pripiat ərazisində görüşəcək, – bu barədə Ukrayna prezidenti, Vladimir Zelenski Belarus prezidenti, Aleksandr Lukaşenko ilə danışıqlardan sonra bəyan etdi.

Zelenskinin dediyinə görə, Aleksandr Lukaşenkodan öhdəlik aldı ki, Ukrayna nümayəndə heyətinin gedişi, danışıqları və geri dönüşü zamanı Belarusda yerləşdirilən bütün təyyarələr, helikopterlər və raketlər yerində qalacaq.