Vladimir Zelenski - Ukrayna Mixeil Saakaşvilinin geri dönməsi məsələsini bütün səviyyələrdə qaldıracaq
Vladimir Zelenski - Ukrayna Mixeil Saakaşvilinin geri dönməsi məsələsini bütün səviyyələrdə qaldıracaq

Ukrayna Mixeil Saakaşvilinin geri dönməsi məsələsini bütün səviyyələrdə qaldıracaq. Bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski Truskavetskidə keçirdiyi brifinqdə bildirib. Məlumatı Ukrayna mətbuatı yayıb.

Zelenski, Mixeil Saakaşvilinin Ukrayna vətəndaşı olduğunu və prezident olaraq vətəndaşların geri qaytarılması ilə daim məşğul olduğunu vurğuladı.

“Xarici İşlər Nazirliyi, Gürcüstanda çalışan səfirliyimiz, Gürcüstanın Ukraynadakı səfirliyi və kabinetlərimiz arasındakı danışıqlar səviyyəsi də daxil olmaqla bütün qurumlar bütün bu məsələlərlə məşğul olacağıq”, – dedi Zelenski.

Eyni zamanda Ukrayna Prezidenti Mixeil Saakaşvilinin Gürcüstana getməsi ilə bağlı heç bir şey bilmədiyini və mediadan xəbər tutanda çox təəccübləndiyini qeyd etdi.

Prezident Mixeil Saakaşvilinin qərarını səhv adlandırdı, lakin qeyd etdi ki, işin bütün detallarına aydınlıq gətirilməlidir.