Vladimir Zelenski - tərəfdaşlar tərəfindən Ukraynaya dəstək göstərilməsi , onun müdafiə qabiliyyətinin gücləndirilməsi bütün region üçün faydalıdır və Aİ-yə üzv bütün dövlətlər üçün vacibdir
Tərəfdaşlar tərəfindən Ukraynaya dəstək göstərilməsi, onun müdafiə qabiliyyətinin gücləndirilməsi bütün region üçün faydalıdır və Aİ-yə üzv bütün dövlətlər üçün vacibdir-bu barədə Ukrayna prezidenti Vladimir Zelenski Kiyevdə Fransa prezidenti Emmanuel Makronla birgə keçirdiyi mətbuat konfransında bildirib.
O bildirib ki, prezident Makronla aparılan söhbətin əsas mövzusu sülh prosesi olub.
Zelenskinin izahatına görə, onun və Fransa prezidentinin Ukrayna, Avropa və bütövlükdə dünya təhlükəsizliyi üçün olan təhdidlər, birlik eləcə də Avropa liderlərindən yeni yanaşma tələb edən çağırışlarla bağlı ortaq baxışları var.
” Ümumilikdə, əsaslı və çox məhsuldar danışıqlarımız baş tutdu. Tərəfdaşlar tərəfindən Ukraynaya dəstək göstərilməsi, onun dözümlülüyünü və müdafiə qabiliyyətini gücləndirmək bütün region üçün faydalıdır və Aİ-yə üzv bütün dövlətlər üçün vacibdir. Təhlükəsizlik və iqtisadiyyat sahələrində dəstək çox vacibdir, biz bunu çox yüksək qiymətləndiririk” -deyə Vladimir Zelenski bildirib.
Vladimir Zelenskinin sözlərinə görə, o, Fransa prezidenti ilə Fransadan Ukraynaya 900 milyon avro dəyərində lokomotivlərin və 370 milyon avro dəyərində yanğınsöndürmə avadanlıqlarının təhvil verilməsini nəzərdə tutan bir neçə mühüm layihəyə imza atıb.
Eyni zamanda, o Nikolaev şəhərində Dövlət Sərhəd Xidməti üçün patrul katerlərinin istehsalının planlaşdırıldığını bildirib.