Vladimir Zelenski Salome Zurabişviliyə - Ukrayna ilə həmrəyliyinizi yüksək qiymətləndirirəm, azadlığımızı və xalqımızı qorumaq üçün bir-birimizi dəstəkləməliyik
Qolodomorun anım günündə Ukrayna ilə həmrəyliyinizi yüksək qiymətləndirirəm, – Ukrayna prezidenti Vladimir Zelenski sosial şəbəkədə Gürcüstan prezidenti Salome Zurabişvilinin bəyanatına belə cavab verib.
“Xalqlarımız Moskvanın təcavüzkar siyasətindən çox əziyyət çəkib. Azadlığımızı və xalqımızı qorumaq üçün bir-birimizə dəstək olmalıyıq”, – deyə Zelenski Salome Zurabişviliyə cavab olaraq yazıb.
Bundan əvvəl, noyabrın 25-də Salome Zurabişvili sosial şəbəkədə yazıb: “Biz Qolodomorun anım günündə Ukrayna ilə həmrəyik. Sovet rejiminin terrorunun qurbanlarını hörmətlə yad edirik. 90 ildir zülmkar təcrübələrə qarşı müqavimət bizim kollektiv borcumuz olaraq qalır ki, tarixin təkrarlanmamasını təmin edək”.
Müəllif -
Mehemmed Bayramaliyev