Vladimir Zelenski - Kiyev və Tbilisi arasında siyasi dialoq yeni impuls qazanır, məqsədimiz strateji partnyorluq formatını konkret layihələrlə doldurmaqdır
Vladimir Zelenski - Kiyev və Tbilisi arasında siyasi dialoq yeni impuls qazanır, məqsədimiz strateji partnyorluq formatını konkret layihələrlə doldurmaqdır

Ukrayna prezidenti Vladimir Zelenskinin bəyan etdiyinə görə, Gürcüstan prezidenti Salome Zurabişvilinin Ukraynaya səfər iki ölkə arasından strateji partnyorluğun möhkəmləndirilməsi üçün əhəmiyyətlidir.

Elə onun dediyinə görə, Kiyev və Tbilisi arasında siyasi dialoq yeni impuls qazanır.

“Xanış Zurabişvilini, gürcü dostlarımızı dost Ukraynada salamlayıram. Bu ilk rəsmi səfərdir, iki ölkə arasından strateji partnyorluğun möhkəmləndirilməsi üçün əhəmiyyətlidir. Kiyev və Tbilisi arasında siyasi dialoq yeni impuls qazanır. Bizim birgə məqsədimiz strateji partnyorluq formatını konkret layihələrlə doldurmaqdır”, – Zelenski bəyan etdi.

Zelenskinin açıqlamasına görə, Ukrayna və Gürcüstanı Avropa İttifaqı və NATO=ya tamhüquqlu üzvlükkə bağlı birgə mqəsədlər birləşdirir.

“Həmçinin, xüşdur, Şərq Partnyorluğunun sonrakı inkişafı ilə bağlı mövqelərin bənzərliklərini qeyd edək. Ukrayna və bizim partnyorlaımız üçün mühüm məqsədlərdən biri Qara Dəniz bölgəsində təhlükəsizlik əməkdaşlığının gücləndirilməsidir. Qara Dəniz azad ticarət və qayıqçılıq üçün təhlükəsiz akvatoriya olmalıdır. Biz çalışırıq Qara Dənizdə partnyor dövlətlər donanmaları arasında əlaqələri gücləndirək. Bu təşəbbüsləri həyata keçirilməsi məqsədilə Gürcüstan və başqa qonşularla fəal işləyirik. Ümid edirəm, tezliklə konkret tərəqqi görəcəyik”, – Vladimir Zelenski Gürcüstan prezidenti, Salome Zurabişvili ilə birgə keçirdiyi mətbuat konfransında bəyan etdi.