Vladimir Zelenski - görüşün nəticəsinə çox da inanmıram, lakin yoxlasınlar, çünki sonra Ukraynanın heç bir vətəndaşının şübhəsi olmasın ki, mən, prezident kimi müharibənin dayandırılmasına çalışmadım
Ukrayna prezidenti Vladimir Zelenski Belarus prezidenti Aleksandr Lukaşenko ilə telefon danışığından söhbət etdiyi yeni videomüraciət yayır.
“Biz iki ildir danışmamışıq, bu gün isə, çoxlu cə mahiyyətli söhbət etdim. Təfərrüatlı açıqladım ki, bizim toqquşmaməz mümkün deyil. Mən istəmirəm ki, Belarusdan Ukraynaya raketlər, təyyarələr və vertalyotlar uçsun. İstəmirəm ki, Belarusdan Ukraynaya sialahlı qüvvələr gəlsin”, – Zelenski bəyan edir.
Vladimir Zelenskinin sözlərinə görə, Aleksandr Lukaşenko Ukrayna və Rusiya nümayəndə heyətlərinin Pripyat çayında görüşməsini təklif etdi.
“Xüsusilə qeyd edirəm, istənilən şərtlər olmadan. Səmimi deyirəm: həmişə olduğu kimi, görüşün nəticəsinə çox da inanmıram, lakin yoxlasınlar, çünki sonra Ukraynanın heç bir vətəndaşının şübhəsi olmasın ki, mən, prezident kimi müharibənin dayandırılmasına çalışmadım, cüzi belə şans olarkən”, – Zelenski bəyan etdi.
Zelenskinin dediyinə görə, hamı yerindədir – baş nazir, ordu, baş komandan və onlar dövlət sərhədlərini və ölkəni qoruyacaqlar.
Elə burada Zelenski qeyd edir ki, onlar əlində silah olan hər əsgərə ayda 100 min qrivna ödəyəcəklər ki, ölkənin onlara minnətdar olduğunu dəqiq bilsinlər və bu, müharibə başa çatana qədər davam edəcək.