Vladimir Zelenski - düşmən hücumlarına tab gətirdik və uğurla dəf edirik, ordumuz Kiyev və paytaxt ətrafındakı əsas şəhərlərə nəzarət edir
Bu müraciəti yaxşı xəbərlə başlaya bilərəm: düşmən hücumlarına tab gətirdik və uğurla dəf edirik, – bu barədə Ukrayna prezidenti Vladimir Zelenski əhaliyə növbəti müraciətində bəyan etdi.
Onun dediyinə görə, Kiyev və paytaxt ətrafındakı əsas şəhərlərə nəzarət Ukrayna ordusu nəzarət edir.
“İşğalçılar dövlətimizin mərkəzini bağlayıb Donetskdə olduğu kimi, burada da öz marionetlərini yerləşdirmək istəyirdilər. Biz onların planlarını pozduq. Üzərimizdə heç bir üstünlük əldə edə bilmədilər. Küçələrimizdə, Kiyev səmasında, Vasilkovda, Vişqorodda Kiyev uğrunda mübarizə gedir. Düşəm bizə qarşı hər şeydən istifadə etdi – Raketlər, qırıcılar, dronlar, artilleriya, diversantlar, desantlar. İşğalçılar yaşayış məhəllələrinə hücum edirlər. Enerji obyektlərinin dağıdılmasına çalışırlar. Çox pis taktikaları var”, – prezident bəyan etdi.