Vladimir Zelenski - dünya 2008-ci ildə Gürcüstanda baş vermiş faciəli hadisələrin təkrarlanmasına imkan verməməlidir
Avropa və dünya 2008-ci ildə Gürcüstanda baş vermiş faciəli hadisələrin təkrarlanmasına imkan verməməlidir-bu barədə Ukrayna prezidenti Vladimir Zelenski Kiyevdə Estoniya lideri ilə keçirilən birgə mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, Rusiyanın hərəkəti təkcə Ukrayna üçün deyil, həm də Avropa və dünya üçün misligörünməmiş təhlükədir.
” Rusiya tərəfindən qondarma “Donetsk” və “Luqansk” Xalq Respublikalarının tanınmasına dair verilən qərar Moskvanın Ukraynaya qarşı yeni təcavüzüdür , bu beynəlxalq tərəfdaşlar tərəfindən dərhal və həlledici cavab tələb edir. Rusiya bu qərarla Ukraynaya qarşı təcavüzünü davam etdirmək üçün hüquqi əsas yaratdı.
Rusiyanın hərəkəti təkcə Ukrayna üçün deyil, həm də Avropa və dünya üçün misligörünməmiş təhlükədir. Bu gün Ukraynada Ukraynanın da bir hissəsi olduğu Avropa təhlükəsizliyinin gələcəyi həll olunur. Avropa və dünya 2008-ci ildə Gürcüstanda baş vermiş faciəli hadisələrin təkrarlanmasına imkan verməməlidir” – deyə Vladimir Zelenski bildirib.