Vladimir Putinin köməkçisi deyir ki, Ukraynanın Kursk bölgəsinə hücumu Qərbin iştirakı ilə planlaşdırılıb
Vladimir Putinin köməkçisi deyir ki, Ukraynanın Kursk bölgəsinə hücumu Qərbin iştirakı ilə planlaşdırılıb

Rusiya prezidenti Vladimir Putinin köməkçisi Nikolay Patruşev deyir ki, Ukraynanın Kursk bölgəsinə hücumu Qərbin iştirakı ilə planlaşdırılıb.

“Kursk vilayətində əməliyyat NATO və Qərb kəşfiyyat xidmətlərinin iştirakı ilə planlaşdırılıb”, – Patruşev bildirib.

Rusiya prezidentinin köməkçisinin sözlərinə görə, əməliyyat “Kiyev rejiminin tezliklə dağılması ilə bağlı olub”.

Məlumat üçün bildirək ki, Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Aleksandr Sirskinin sözlərinə görə, ukraynalı əsgərlər artıq Kursk vilayətində 82 yaşayış məntəqəsi üzərində nəzarəti ələ keçiriblər. Onun sözlərinə görə, avqustun 6-dan Ukrayna əsgərləri Rusiya ərazisinə 35 kilometr dərinlikdən daxil olub və 1150 kvadrat kilometr əraziyə nəzarət edir.