Vladimir Putin və Viktor Yanukoviç Belarusa gəliblər
Vladimir Putin və Viktor Yanukoviç Belarusa gəliblər

Rusiya prezidenti Vladimir Putin Belarusa səfər edib.

“Novaya qazeta”nın məlumatına görə, Putini səfərdə yeni müdafiə naziri Andrey Belousov, həmçinin xarici işlər naziri Sergey Lavrov müşayiət edir. Bundan başqa, Putinin nümayəndə heyətinə hərbi-sənaye kompleksi sahəsinə nəzarət edən baş nazirin müavini Denis Manturov da var. “Novaya qazeta” hesab edir ki, Aleksandr Lukaşenko ilə danışıqlar hərbi sənaye sahəsində əməkdaşlığa aid olacaq.

Mətbuat yazır ki, Ukraynanın eks-prezidenti Viktor Yanukoviçin təyyarəsi Putinin səfəri ilə eyni vaxtda Qomel hava limanına enib.

Yanukoviçin gəlişinin səbəbi indiki mərhələdə məlum deyil. O, sonuncu dəfə Belarusa 2022-ci ilin martında gəlib.