ABŞ prezidenti Co Baydenlə Rusiya prezidenti Vladimir Putin arasında onlayn görüş başa çatıb.
“Sienen”in məlumatına görə, görüş iki saat davam edib.
Mətbuatın fikrincə, liderlər Ukraynanın şərqindəki vəziyyət və NATO məsələsi barədə danışmalıdırlar.
Məlumata görə, Putinlə danışıqlardan sonra Co Bayden Fransa, Almaniya, İtaliya və İngiltərə liderləri ilə telefon danışığı aparacaq.