Vladimir Putin Ukraynanın Kursk Atom Elektrik Stansiyasına hücum etməyə cəhd etdiyini bildirir
Vladimir Putin Ukraynanın Kursk Atom Elektrik Stansiyasına hücum etməyə cəhd etdiyini bildirir

Rusiya prezidenti Vladimir Putinin bildirdiyinə görə, Ukrayna Kursk Atom Elektrik Stansiyasına hücum etməyə cəhd edib

O, bu barədə Rusiya bölgələrinin rəhbər şəxsləri ilə keçirilən görüşdə bildirib.

“Reuters” agentliyinin məlumatına əsasən, Putin Ukraynanı Kursk AES-ə hücum cəhdində ittiham edib və bildirib ki, Moskva yaradılmış vəziyyət barədə BMT-nin Beynəlxalq Atom Enerjisi Agentliyini məlumatlandırıb.

“Ötən gecə düşmən Kursk atom elektrik stansiyasına hücum etməyə cəhd edib. Bu barədə Beynəlxalq Atom Enerjisi Agentliyi məlumatlandırılıb. Onlar söz verirlər ki, şəxsən gəlib, vəziyyəti dəyərləndirmək üçün mütəxəssisləri göndərəcəklər . Ümid edirəm ki, sonda bu onlar tərəfindən görüləcək”, – Putin bildirib.

Rusiya prezidenti insidentlə bağlı əlavə təfərrüatlar təqdim etməyib.

Vladimir Putinin ittihamı üzrə Ukraynada hələ şərh verməyiblər.

Həmin görüşdə Kursk vilayətinin vəzifədə olan qubernatoru Aleksey Smirnov Kursk AES-də vəziyyətin stabil olduğunu bildirib.