Vladimir Putin Ukrayna ilə həmsərhəd bölgələrdə mövcud vəziyyətlə bağlı region liderləri ilə görüşüb
Vladimir Putin Ukrayna ilə həmsərhəd bölgələrdə mövcud vəziyyətlə bağlı region liderləri ilə görüşüb

Rusiya prezidenti Vladimir Putin Ukrayna ilə həmsərhəd bölgələrdə mövcud vəziyyətlə bağlı region liderləri ilə görüşüb.

Kursk administrasiyasının qubernatoru vəzifəsini icra edən Aleksey Smirnovun Putinə verdiyi məlumata görə, 133 mindən çox vətəndaş ərazidən təxliyə edilib.

Smirnov Putin tərəfindən dəstəklənən Kursk vilayətində zərərçəkənlərə 15 min rubl təzminat ödənilməsi təşəbbüsü ilə çıxış edib.

Bryansk vilayətinin qubernatoru dünən onun bölgəsində çətin vəziyyətin olduğunu Putinə çatdırıb. Qubernatorun sözlərinə görə, pilotsuz təyyarə ilə hücum cəhdi olub.