Vladimir Putin Şimali Koreya ilə strateji tərəfdaşlıq sazişinin ratifikasiyası haqqında qanunu imzalayıb

16:32, 10.11.2024

Vladimir Putin Şimali Koreya ilə strateji tərəfdaşlıq sazişinin ratifikasiyası haqqında qanunu imzalayıb.

Müqavilənin dördüncü maddəsində göstərilir ki, əgər tərəflərdən biri başqa dövlət və ya bir neçə ölkə tərəfindən silahlı hücuma məruz qaldıqda və müharibə vəziyyətində olarsa, o zaman qarşı tərəf dərhal bütün mümkün vasitələrlə hərbi və digər yardımlar göstərəcəkdir.

Bundan əlavə, səkkizinci maddəyə əsasən, Tərəflər müharibənin qarşısının alınması, regional və beynəlxalq sülh və təhlükəsizliyin təmin edilməsi maraqları naminə müdafiə qabiliyyətini gücləndirmək üçün birgə fəaliyyət mexanizmləri yaradırlar.

Bu sənəd iyunun 19-da Putinin Pxenyana səfəri zamanı iki ölkə liderləri tərəfindən imzalanıb.

Müqavilə Rusiya ilə Şimali Koreya arasında 9 fevral 2000-ci il tarixli dostluq, mehriban qonşuluq və əməkdaşlıq haqqında əsas müqaviləni əvəz etməlidir.

Oxşar