Vladimir Putin Rusiyaya "dost olmayan ölkələr"-in rus təbii qazını dollar və avro əvəzinə rublla alacağını bildirir
Rusiya prezidenti Vladimir Putinin sözlərinə görə, Rusiyaya “dost olmayan ölkələr” rus təbii qazını dollar və avro əvəzinə rublla alacaq.
Məlumatı “Tas” yayır.
Mətbuatın yazdığına görə, Rusiya prezidentinin sərəncamı ilə Rusiya Federasiyası müqavilədə nəzərdə tutulan həcmlərə və qiymətlərə uyğun olaraq qaz tədarükünü davam etdirəcək, lakin Qərb ölkələri ödənişi rus milli valyutası ilə etməli olacaqlar.
Putinin sözlərinə görə, kollektiv Qərb Rusiyanın rezervlərini dondurmaqla Rusiya Federasiyasına defolt elan edib.