Vladimir Putin Rusiyada rəsmi səfərdə olan İlham Əliyevlə görüşüb
Vladimir Putin Rusiyada rəsmi səfərdə olan İlham Əliyevlə görüşüb

 

Rusiya Federasiyasının prezidenti Vladimir Putin Rusiyada rəsmi səfərdə olan Azərbaycan prezidenti İlham Əliyev ilə görüşüb.

Kremlin məlumatına görə, görüş zamanı Vladimir Putin qeyd edib ki, Kreml Rusiya imperiyasının sərhədlərini bərpa etməyi planlaşdırmır.

“Bu məqamda demək istəyirəm ki : Rusiyanın imperiya sərhədləri daxilində imperiyanı bərpa etmək niyyətində olması ilə bağlı spekulyasiya həqiqətə uyğun deyil. Sovet İttifaqının parçalanmasından sonra Rusiya bütün yeni geosiyasi reallıqları tanıdı və bildiyiniz kimi, bizim postsovet məkanındakı bütün ölkələrlə, müstəqil dövlətlə əlaqələrimizi möhkəmləndirmək üçün fəal işləyir. Biz Dağlıq Qarabağ münaqişəsi kimi ən çətin situasiyalarda belə bu prosesdə iştirak edən bütün dövlətlərin maraqlarından irəli gələrək ehtiyatlı hərəkət edir və hər zaman qarşılıqlı məqbul qərarlar verməyə çalışmışıq” – deyə Putin bildirib.

Bununla yanaşı, Azərbaycan prezidenti İlham Əliyevin sözlərinə görə, Azərbaycan ilə Rusiya arasında əlaqələr çox dinamik inkişaf edir.

“Biz daimi təmasdayıq, bir-birimizə zəng edirik və təbii ki, şəxsi görüşlər, xüsusən də sizin qeyd etdiyiniz kimi, ölkələrimiz arasında ən mühüm sənədin imzalanmasından bir gün əvvəl həmişə xüsusi əhəmiyyət kəsb edir.

Və bunun ölkələrimiz arasında diplomatik münasibətlərin qurulmasının 30 ildönümündən bir gün əvvəl baş verməsi rəmzidir. Hesab edirəm ki, bu sənəd ölkələrimizə, qarşılıqlı fəaliyyətimizə, həmçinin regional təhlükəsizliyə mütləq çox müsbət təsir göstərəcək” -deyə Əliyev bildirib.

İlham Əliyev həmçinin qeyd edib ki, Azərbaycan Rusiya ilə Azərbaycan arasında inkişaf etmiş mehriban qonşuluq münasibətlərini yüksək qiymətləndirir.

Azərbaycan prezidentinin Rusiyaya rəsmi səfəri zamanı 40-dan çox bənddən ibarət müttəfiqlik əməkdaşlığı haqqında bəyannamə imzalanıb.