Vladimir Putin - Rusiya neonasizmlə mübarizədə öz məqsədlərinə çatacaq, necə ki, biz terrorla mübarizədə nail olmuşuq
Vladimir Putin - Rusiya neonasizmlə mübarizədə öz məqsədlərinə çatacaq, necə ki, biz terrorla mübarizədə nail olmuşuq

Rusiya neonasizmlə mübarizədə öz məqsədlərinə çatacaq, necə ki, biz terrorla mübarizədə nail olmuşuq. – Rusiya prezidenti Vladimir Putin bunu Beslanda Kursk vilayətindəki vəziyyətdən danışarkən deyib.

Rusiya prezidenti Beslan məktəbində terror aktı qurbanlarının ailə üzvləri ilə görüşüb.

Putinin sözlərinə görə, Rusiyanın düşmənləri ölkədə sabitliyi pozmağa cəhd etməkdə davam edir.

“Adını çəkdiyim düşmənlərimizə gəlincə, onlar ölkəmizdə sabitliyi pozmağa cəhd etməkdə davam edirlər. Bu aydındır. Necə ki, biz terrorçularla mübarizə aparmışıq, bu gün də Kursk vilayətində, Donbassda, Novorossiyada cinayət törədənlərlə mübarizə aparmalıyıq. Amma biz terrorla mübarizədə məqsədlərimizə çatdığımız kimi, neonasizmlə mübarizədə də bu məqsədlərə nail olacağıq. Cinayətkarları mütləq cəzalandıracağıq, buna heç bir şübhə ola bilməz”. Putin bildirib.